Qriqorçuk "Qəbələ"dən nə alır?

Beş il öncə "Bakı"dan ayrılan Aleksandr Starkov Latviya yığmasının sükanı arxasına keçib. Onunla 2 illik müqavilə imzalanıb. Əvvəllər də millini çalışdıran Strakov yanaşı, Roman Qnriqorçuk da bu bu posta namizəd olub. Latviya mətbuatında yığmaya gətirilməsi üçün Qriqorçuqla da danışıqlar aparıldığını təsdiqləyən ölkənin Futbol Federasiyasının baş katibi Yanis Majetskis deyib:

 

"Qriqorçkla maaş məsələsində heç bir danışığımız olmadı. Ancaq qeyri-rəsmi mənbələrdən eşitdim ki, o, ildə 1 milyon dollar civarında gəlir əldə edir. Məncə, bizim qurum baş məşqçiyə 1 milyon dollar verə bilməz. Starkova 10 dəfə az məbləğdə maaş verəcəyik". 


Qriqorçuk "Qəbələ"dən 1 milyon dollar ala bilər. Bunun üçün o, çalışdırdığı komanda Azərbaycan çempionu və kubokunun sahibi etməli, Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazandırmalıdı. Hələlik bunların heç biri yoxdu. Deməli, milyondan danışmaq artıqdı. Bu məbləği ukraynalıya nə verən var, nə də özü umur. Günümüzlə ayaqlaşır.


Təcrübəli mütəxəssis 2 ildi Azərbaycandadı. Daha bir mövsüs burda qalması şüğbhə doğurmur. O, ilk ilində "Qəbələ"dən 450 min avro alıb. Avropa Liqasının qruplarına qalmaqla bonusu yarım milyonu keçib. Ötən yay isə müqavilə şərtlərinə yenidən baxılıb. Avrokuboklarda eyni uğuru təkrarlamasına rəğmən, alacaqları yarıbayarı azaldılıb. Klubun ümumən büdcə azalmasına qərar verməsi səbəbindən.

 

SPORTİNFO.AZ

Tarix: 21 Aprel 15:36    Oxunub: 214    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.