Bu gün Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb. Sportinfo.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən tədbirdə əvvəlcə ÇL-in püşkü atılıb.
"Kor püşk" İspaniyanın iki nəhəngini - son iki mövsümdəki finalçıları - “Real” və “Atletiko”nu üz-üzə qoyub. “Yuventus” “Monako” ilə qarşılaşacaq.
Çempionlar Liqası. Yarımfinal
(2-3/9-10 may)
“Real” (İspaniya) - “Atletiko” (İspaniya)
“Monako” (Fransa) - “Yuventus” (İtaliya)
Final
(3 iyun)
2-ci cütün qalibi – 1-ci cütün qalibi