Almaniya klubları son 12 ildə ilk dəfə... - sadəcə, FİASKO!

Avrokubokların cari mövsümü ilə bağlı maraqlı statistika qeydə alınıb. Sportinfo.az xəbər var ki, bu mövsüm nə Çempionlar Liqasında (ÇL), nə də Avropa Liqasında yarımfinala Almaniya klubu çıxa bilib. "Bavariya" ÇL-də 1/4 finalda "Real"a, Dortmund "Borussiya"sı "Monako"ya, "Şalke" isə Avropa Liqasında "Ayaks"a məğlub olub. 

 

Bundesliqa təmsilçilərinin UEFA bayrağı altında keçirilən yarışlarda yarımfinalda olmamaqları son 12 ildə birinci haldı. Bu, axırıncı dəfə 2004/05 mövsümündə olub. Onda "Bayer"lə "Verder" ÇL-də 1/8, "Bavariya" 1/4 finalda mübarizəni dayandırıb. "Alemaniya" ilə "Şalke" isə həmin vaxt UEFA kuboku adlanan Avropa Liqasında mübarizəni 1/16 finalda dayandırıblar. 

Tarix: 21 Aprel 14:36    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.