“Barselona” “El Klasiko”da 2:1 hesabı ilə qalib gələcək

“Barselona”nın sabiq futbolçusu Xavi bu həftə baş tutacaq “el klasiko” barədə danışıb. Sportinfo.az xəbər verir ki, hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən Xavi oyunla bağlı proqnoz da verib. O, hesab edir ki, bu qarşılaşma çempionluq mübarizəsində həlledici olacaq:

 

“Heç şübhəsiz, “el klasiko” çempionluq mübarizəsində həlledici qarşılaşma olacaq. Komandalar qalib gəlmək üçün hər şey edəcəklər.  Belə oyunlarda nəticəni ayrı-ayrı futbolçular müəyyənləşdirir.

 

Neymarın oynamayacağını nəzərə alsaq, “Barsa”da belə futbolçular Messi ilə Luis Suaresdi. “Real”da isə Ronaldo, Benzema və Beyl var. Düşünürəm ki, bu oyunda “Barselona” 2:1 hesabı ilə qalib gələcək. “Barsa”lılara uğur arzulayıram və inanıram ki, qalib gələcəklər”.

Tarix: 21 Aprel 17:00    Oxunub: 200    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.