EKSKLÜZİV! Topaz Premyer Liqaya sponsorluqdan imtina edir

Azərbaycan Premyer Liqası yenidən sponsorsuz qala bilər. Ehtimal çox güclüdü. 2012-ci ildən "Topaz" brendi ilə əməkdaşlıq edən Peşəkar Futbol Liqası (PFL) qarşı tərəfin "sürpriz"i ilə qarşılaşıb. Sportinfo.az-ın məlumatına görə, "Topaz"ın yeni kuratoru yeni mövsümdən etibarən ölkə çempionatına maliyyə dəstəyi vermək fikrində olmadığını bildirib. Səbəb kimi "qara bazar"ın hələ də varlığı və dövriyyədəki pul kütləsinin azlığı göstərilib. 


Xəbər verdiyimiz kimi, "CBC Sport" aylardı maliyyə çətinliyi ilə üzləşib. Kanalı da bu vəziyyətə "Topaz" qoyub. Azərbaycanda ilk qanuni idman mərc oyununu təşkil edən operator şirkət kanalla bağladığı müqavilə şərtlərinə əməl etmir və 2 milyon manat vəsaiti qarşı tərəfin hesabına köçürmürdü.


Problem Cavid Qurbanovun Azərbaycan Voleybol Federasiyasının prezidenti postuna keçəndən bəri şişib. "Topaz"ın nəzarət paketi qeyri-rəsmi olaraq indi ondadı. Qurbanov istər KİV-lə reklam müqavilələrinə, istərsə də sözügedən telekanalla anlaşmaya məhəl qoymur və burdan gələn vəsaiti tamamilə voleybola istiqamətləndirib. "CBC Sport"un əməkdaşları əməkhaqlarını yalnız bugünlərdə ala bilib.

Tarix: 21 Aprel 14:00    Oxunub: 557    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.