ÖZƏL! Aqolli vasitəçilik etdi, "Zirə" onu "Neftçi"nin əlindən aldı

"PAS Gianina”dan ayrılacağım dəqiqdi. Ancaq yaydan sonra hansı klubda oynayacağımı bilmirəm. Ola bilsin ki, Azərbaycanda oynadım” - bunu sportnet.az-a Albaniya millisinin üzvü Andi Lila deyib. Yunanıstandan ayrıldıqdan sonra Türkiyə və Azərbaycandan dəvət alan yarımmüdafiəçi hansı komandaya keçmək istədiyini bildirib.

 

O, Azərbaycanda oynamaq istədiyini dilə gətirib: "Təkliflərim çoxdu, onlar arasında Azərbaycan klubları da var. Təbii ki, mən gəlsəm, iddialı kluba gələcəm. Onu deyə bilərəm ki, paytaxtı təmsil edir. Hansı komanda olduğunu söyləyə bilməyəcəm”.

 

Lilanın "Neftçi" ilə anlaşma əldə etdiyi bildirilir. Sportinfo.az-ın məlumatına görə, "Zirə" həmşəhərlilərini qabaqlayıb. Onu isə "qartallar"a Ansi Aqolli məsləhət görüb. "Qarabağ"ın legioneri həmyerlisi ilə danışıqlarda, belə demək mümkünsə, vasitəçilik edib.

Tarix: 21 Aprel 13:24    Oxunub: 866    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.