UEFA-dan ittiham - Günahsızdı!

UEFA “Liverpul”un futbolçusu Mamadu Sakoya görə yaranan problemdə VADA-nı ittiham edib. Sportinfo.az xəbər verir ki, Sakonun orqanizmində xiqenamin maddəsi aşkarlanmışdı. Buna görə də futbolçu 2015/2016 mövsümündə Avropa Liqasının yarımfinal və finalında “Vilyarreal” və “Sevilya”ya qarşı keçirilən oyunları buraxmalı olmuşdu. Bundan əlavə, Sako 30 gün müddətinə futboldan uzaqlaşdırılmışdı.

 

Sonradan məlum olub ki, xiqenamin qadağan olunmuş preparatlar sırasında deyil və futbolçu günahsız yerə cəzalanıb. UEFA bu məsələdə VADA-nın günahkar olduğunu bildirib. Həmin hadisədən sonra “Liveprul”un baş məşqçisi klubla məsləhətləşmədən preparat qəbul etdiyi üçün Sakonun xidmətindən imtina etmişdi. Hazırda Mamadu Sako icarə əsasında “Kristal Pelas”da çıxış edir.

Tarix: 21 Aprel 12:48    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.