"Əlində Azərbaycan pasportu olan fikirləşir ki, mən…" - ETİRAZ!

"Legioner limitinin dəyişdirilməsi ilə bağlı klubumuzun adından AFFA-ya müraciət etməmişik. Bu təklif Klublar Komitəsinin iclasında səslənib və tövsiyyə olaraq İcraiyyə Komitəsinin müzakirəsinə verilib. Məndə olan məlumata görə, "ispalkom" həmin təklifi qəbul eləməyib".

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin rəisi Səbuhi Səfiyarlı deyib. Bölgə təmsilçisinin nümayəndəsi bildirib ki, hazırkı limitin (6+5) dəyişdirilməsi klubların güclənməsinə, beləliklə, ölkə çempionatının səviyyəsinin qalxmasına kömək edir. Üstəlik, futbolçularımızın xaricə axınını sürətləndirər:

 

"Mövcud limit avrokuboklarda daha yaxşı çıxış etməyə problem yaradır. Avropa Liqasında bir, ölkədaxili yarışlarda başqa heyətlə oynamaq məcburiyyətində qalırıq. Kifayət qədər səviyyəli legionerlərimiz var. Baş məşqçimiz limitə görə məcburdu ki, heyətdə tez-tez rotasiya etsin. Məsələn, "Kəpəz"lə son oyunda Nika Kvekveskiri bu səbəbdən iştirak ərizəsinə salınmadı.

 

Roman Qriqorçuk əlacsıx qalıb, Rikardinyonu yarımmüdafiənin sol cinahına çəkdi. Çünki müdafiədə və ortada 2 yerli yer almalıdı. Hazırkı limit yerli futbolçuları çox arxayınlaşdırır. Əlində Azərbaycan pasportu olan fikirləşir ki, mən istənilən halda oynacam. Hazır olsam da, olmasam da. 6+5-i 7+4 və ya 8+3 də etmək olar. AFFA qanun qoyub ki, yaşı 21-ədək olan bir gənc mütləq əsas heyətdə meydana çıxmalıdı. Biz indi gərək bu yaşa uyğun səviyyəli yerli uşaq tapaq.

 

Çox çətin prosesdi. Premyer Liqanın səviyyəsinin düşməsi bununla əlaqədardı. Limit dəyişsə, yəni, bir qədər də yumşaldılsa, klublarda rəqabətə dözməyən yerlilər legioner həyatı yaşamaq barədə düşünəcək. Biləcəklər ki, ya öz üzərlərində daha məsuliyyətlə çalışmalıdılar, ya da ölkədən kənara çıxmalıdılar.

 

Millini başqa cür gücləndirmək mümkün deyil. "Qəbələ" niyə bu barədə AFFA-ya müraciət etmir? Fikirləşirik ki, İcraiyyə Komitəsində kifayət qədər futbol adamı, məşqçi təmsil olunur. Ağıllı insanlardı, yəqin ki, bu problemləri onlar da görür və çıxış yollarını axtaracaqlar".

Tarix: 21 Aprel 12:24    Oxunub: 378    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.