"Neftçi"dən vaz keçən Kamran 4 ölkə klubu ilə danışıqlar aparır

Yeni mövsümün heyətini indidən qurmağa başlayan "Neftçi" transfer bazarında çox fəallaşıb. Qışda ruslan Abışovu pul gücünə "İnter"dən dartıb gətirən Elxan Abdullayevin Səlahət Ağayevin də "saqqızını oğurladığı" bildirilir. Millinin də şərəfini qoruyan qapıçının paytaxt təmsilçisi ilə 2 illik müqavilə bağladığı barədə məlumatlar yayılıb. 

 

2008-2015-ci illərdə “İnter”də çıxış edən Səlahət Ağayev müxtəlif vaxtlarda MOİK və “Sumqayıt”da icarə əsasında çıxış edib. Cari mövsümün əvvəlindən yenidən “İnter”ə qayıdan 26 yaşlı qapıçı 2010-cu ildən yığmaya çağırılır. Onunla Abdullayevin ilk razılaşması da millinin düşərgəsində əldə olunub.

 

Sportinfo.az bu haqda 6 ay əvvəl yazıb ilk dəfə. Şimali İrlandiya ilə oyun günü. Robert Prosineçkinin köməkçisi işləyən Abdullayev Belfastda "İnter"in futbolçularıyla gizli görüş keçirərək, onlara şirin vədlər verib. Ağabala Ramazanovda özü barədə yaxşı fikir yaratmayan Elxan bəy onun "Qarabağ"a keçidinə mane ola bilməsə də, yeni ilin ilk ayağında Abışovu, indi isə Ağayevi "qırmağ"a keçirib.


Abdullayevin bir gözü Kamran Ağayevdə olub. Elə bilməyin ki, o, "Boavişta"dan ayrılan kiperi həmsoyadından zəif tutub. Eləydisə, Kamran niyə millidə "1 nömrə", Səlahət ehtiyat qapıçı olurdu? Sadəcə, Portuqaliya klubundan gedən "əlcək sahibi" mətbuatın tənqidlərindən və "Xəzər Lənkəran" azarkeşlərinin gözündən düşəcəyindən ehtiyat edərək, "Neftçi"yə keçmək fikrindən daşınıb. O. yenidən Avropaya qayıtmaq niyyətindədi, Belçika, Xorvatiya, Türkiyə və Rusiya klubları ilə danışıqlar aparır.

 

SPORTİNFO.AZ

Tarix: 21 Aprel 11:36    Oxunub: 843    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.