“Neftçi”nin məşqçisi sədr oldu

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Pasxa bayramı münasibətilə rus icmasının nümayəndələri ilə görüş keçirilib. Sportinfo.az xəbər verir ki, çıxışlardan sonra Rus icmasının Nizami rayon şöbəsinin sədr seçkisi baş tutub.

 

Yekdilliklə Rus icmasının Nizami rayon şöbəsinin sədri seçilən Vitali Kovalyov diqqətə çatdırıb ki, yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir.

 

Vitali Kovalyov Azərbaycan futboluna çox tanış simadır. Ölkənin bir sıra elita klublarında oynamış, hətta Türkiyədə legioner həyatı yaşamış Kovalyov hazırda “Neftçi”nin əvəzedici heyətində qapıçı məşqçisi kimi fəaliyyət göstərir.

Tarix: 21 Aprel 10:12    Oxunub: 225    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Aprel 2017
28 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.