Meneceri dedi: "Mario Balotelli “Qalatasaray”dan rəsmi təklif alıb"

“Nitsa”nın hücumçusu Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, bunu italiyalı forvardın meneceri Mino Rayola xarici mətbuata açıqlamasında deyib. O, Fransa klubu ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq hücumçu üçün “Qalatasaray”dan təklif aldıqlarını bildirib.

 

Ancaq “cim-bom”la yanaşı, Çin klubları da İtaliya millisinin üzvünün xidmətində maraqlıdılar. Rayola bu təklifləri mövsümün sonunda nəzərdən keçirib, yekun qərar verəcəklərini bildirib. Karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan” və “Liverpul” kimi klubların formasını geyinmiş Mario Balotelli ötən ildən “Nitsa”da çıxış edir. Mario İtaliya millisində 33 oyunda 13 qola imza atıb. Hücumçu artıq bir neçə ildi ki milliyə dəvət almır.

Tarix: 21 Aprel 09:48    Oxunub: 74    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2017
23 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.