"Tanımıram" - "Kəpəz"in kamerunlu legioneri Bakıda ölən yerliləri haqda danışdı

Sportinfo.az "Kəpəz"in kamerunlu hücumçusu Julien Ebahın müsahibəsini təqdim edir:

 

Yeni il tətilin necə keçir?
- Hazırda Kamerundayam. Ailəmlə birgə istirahət edirəm. Çəki artımı olmasın deyə xüsusi rejim tətbiq etmişəm. Çempionatın III dövrəsinə hazır vəziyyətdə başlamaq istəyirəm.

 

Bir çox komandalar təlim-məşq toplanışı üçün Antalyaya üz tutacaq. Siz isə Yevlaxa. Bu, komandanın çıxışına təsir etməyəcək?
- Düşünürəm ki, yox. Çünki keçən il də eyni hal baş vermişdi, amma ikinci dövrədə gözəl oyun sərgiləmişdik. Əsas komandanın bir yerə toplaşıb məşq etməyidi. 

 

14 oyuna 15 xal yığıb, 6-cı pillədə qərarlaşmısınız. Səncə, bu, qənəatbəxş nəticədi?
- Əlbəttə yox. Bizim hədəflərimiz var. Onlara nail olmaq üçün daha yaxşı oyun sərgiləməli və xallar qazanmalıyıq. Qış fasiləsindən sonra daha güclü olacağıq və layiq olduğumuz pillədə qərarlaşacağıq.

 

Hələ də komandanı gücləndirə biləcək transfer edilməyib...
- Bu haqda heçnə bilmirəm. Ümid edirəm ki, rəhbərlik klub üçün ən doğrusuna qərar verəcək. Bizim çox yaxşı komandamız var.

 

Düşünmürsən ki, komandanın hücum xəttində problem var?
- Hələ də vaxtımız var. Bu problemi həll etmək olar. 

 

Qış fasiləsindən sonra hədəfləriniz nədi?
- Əsas məqsədimiz daha da irəliləmək olacaq. Biz Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Ötən ilki naliyyətimizi təkrarlamaq və azarkeşlərimizi sevindirmək istəyirik.

 

Bir neçə gün öncə Bakıda 4 Kameron vətəndaşı qaz sızması nəticəsində dünyalarını dəyişib. Onlardan 3-ü futbolçudur və Həvəskarlar liqasında çıxış edən komandanın üzvləri idilər. Tanıyırdınmı həmin şəxsləri?
- Bu barədə yerli qəzətlərdən oxudum. Tanrı hamısının günahlarını əfv etsin. Amma bu, həyatın qanunudur. Bu gün yaşayırsansa, sabah ölə bilərsən. Yaxından tanışlığım yox idi, amma bilirdim ki, Bakıda qalan belə futbolçular var (sportlife.az).

Tarix: 4 Yanvar 18:00    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Mart 2017
28 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.