Dükanda alver edərkən üzərinə silah çəkildi və saatı əlindən alındı

“Qalatasaray”ın əfsanəvi oyunçularından Farid Kamilo Mondraqon insidentlə üzləşib. Sportinfo.az xəbər verir ki, kolumbiyalı qapıçı ölkəsində silahlı hücuma məruz qalıb. Bu barədə yerli mətbuata futbolçu özü açıqlama verib.

 

Keçmiş “çərçivə qoruyucusu” bildirib ki, paytaxt Boqotanın idman dükanlarından birində alver edərkən üzərinə silah çəkilib və saatını verməsi tələb edilib. Özünü itirən oyunçu tələbə əməl edib. Çöldə isə daha 3 nəfər motosikletdə gözləyirmiş. Mondraqon hadisə ilə bağlı polisə müraciət edib. 

Tarix: 21 Aprel 09:00    Oxunub: 84    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.