"Vura da bilərsiz, vurmaya da"

Avropa Liqaısnın 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Lion”a 2:1 hesabıyla qalib gəlsə də, oyunsonrası penaltilər seriyasında uduzaraq mübarizəni dayandıran “Beşiktaş”ın futbolçusu Taliska matçla bağlı fikirlərini bildirib. Sportinfo.az xəbər verir ki, oyunda komandasının hər iki qoluna imza atan braziliyalı futbolçu “Beşiktaş”ın gücünü hamıya göstərdiklərini deyib:

 

“Böyük bir oyun keçirdik. Rəqiblə bərabər mübarizə apardıq. Öz səviyyəmizi, oyunumuzu rəqibə qəbul etdirdik. Penaltilər lotoreya kimidi. Vura da bilərsiz, vurmaya da. Azarkeşlərimizin dəstəyi möhtəşəm idi. Super Liqada da, Avropa Liqasında da çempion olmaq istəyərdim. “Beşiktaş” forması geyindiyim müddətdə bütün kubokları qazanmaq istəyirəm.

 

Avropada yaxşı oyunlar keçirdik. Bu matçlarda oynadıqlarım da oldu, oynamadıqlarım da. Oynamadığım qarşılaşmalarda da komanda yoldaşlarım yaxşı oyun sərgiləmişdilər. “Beşiktaş”ın böyüklüyünü bir daha göstərdik. Ümid edirəm ki, növbəti dəfə daha irəli gedərik”.

Tarix: 21 Aprel 08:48    Oxunub: 104    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.