"Qəbələ" “Elit Neon Cup” da Yunanıstan klubu ilə heç-heçə etdi

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə start verilib. Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda öncə “Apollon” (Yunanıstan) ilə üz-üzə gəlib.

 

Görüş 1:1 hesabı ilə nəticələnib. “Qırmızı-qaralar”ın heyətində Samir Məhərrəmli fərqlənib. B qrupunda mübarizə aparan “Qəbələ” II turda “Partizan”la görüşüb. Matç Serbiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Xatırladaq ki, komandamız sabah keçiriləcək III turda “Panatinaikos”la (Yunanıstan) görüşəcək.

Tarix: 21 Aprel 08:00    Oxunub: 75    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.