FOTOLAR - "Sevgilim yoxdu, beləsini tapsaz, mənə də xəbər edin"

Məşhur rusiyalı tenisçi Mariya Şarapova “Tayms” jurnalına danışıb. Sportinfo.az xəbər verir ki, diskvalifikasiya müddəti başa çatan və aprelin 26-da korta qayıdacağı dəqiqləşən xanım maraqlı məqamlara toxunub.
 


Gözəlliyi haqda
Özümü heç vaxt gözəl saymamışam. Güzgüyə baxıb “mən necə də yaraşıqlıyam” demirəm. Anam mənə insanların daxili aləminin surət gözəlliyindən dəfələrlə üstün olduğunu çoxdan öyrədib.
 
Xarakteri
Olduğum kimi görünməyə çalışıram. Maska taxmaq mənlik deyil. Ömrümün sonunadək makiyajsız yaşaya bilərəm. Bu mənim üçün həyat əhəmiyyətli bir şey deyil.
 
Oğlanı
Oğlan dostum, sevgilim yoxdu. Çox insanlarla görüşürəm. Amma bu o demək deyil ki, kiməsə vurulmuşam. Necə kişi istədyimə gəlincə, həmin şəxs güclü xarakterə malik, öz fikri və maraqlı şəxsi həyatı olan biri olmalıdı. Yəni öz həyatı özünə maraqlı olan biri. Sözü üzə deyən, açıq fikirli insanları xoşlayıram. Beləsini tapsanız, mənə də xəbər edin.
 
Rusiya
Əslimin hardan olduğunu unutmuram. Məsələn, “Aeroflot”un arxa oturacağında – tualetin yanında əyləşəndə dərhal kökümə qayıdıram. Bu yaxınlarda rəfiqəmlə səyahət edirdik. Eyni duyğuları yaşamışam. Niyə belə təyyarədə uçurduq? Çünki mənə fərq etmir. İstər ekonom-klassın arxa oturacağı olsun, istərsə də şəxsi təyyarə...

 

Tarix: 21 Aprel 01:00    Oxunub: 525    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.