"Şəmkir"i udub, Premyer Liqaya vəsiqə almaq istəyirik"

"Səbail"in kapitanı Saşa Yunisoğlu sabah oynanılacaq "Şəmkir"lə vacib oyun öncəsi klubun "facebook" səhifəsinə açıqlamalar verib. Sportinfo.az xəbər verir ki, o, bunları söyləyib: "Sabah komandamızı çox vacib və çətin oyun gözləyir.

 

"Şəmkir" güclü komandadı, ancaq biz hər bir oyuna ciddi hazırlaşırıq və meydana sadəcə qələbə üçün çıxırıq. Çempionluq şansımızı itirsək də, 2-ci yeri hələ təmin etməmişik. Qələbə qazanıb Premyer Liqaya vəsiqəni təmin etmək istəyirik. Xal itkisi yolverilməzdi. Hamımız bunu yaxşı dərk edirik.

 

Bu səbəbdən komandaya hansısa əlavə motivasiya lazım deyil. Məqsədimiz mövsümü 2-ci bitirmək və Premyer Liqaya vəsiqə qazanmaqdı. Azarkeşlərimizi sabahkı oyunda bizə dəstək olmağa dəvət edirəm. Onların dəstəyi bizim üçün çox vacibdi".

Tarix: 21 Aprel 00:34    Oxunub: 600    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.