Pike Ronaldonu fitə basan “Real” azarkeşlərinə ilişdi

Çempionlar Liqasının 1/4 final mərhələsində iki oyunun nəticəsinə əsasən “Yuventus”a məğlub olaraq (0:0, 0:3) mübarizəni dayandıran “Barselona”nın müdafiəçisi Xerard Pike qarşılaşmadan sonra sosial şəbəkədəki paylaşımı ilə diqqət mərkəzinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, ispaniyalı müdafiəçi şəxsi “tvitter” hesabında “Barselona”nın əzəli rəqibi “Real” azarkeşlərini qıcıqlandracaq paylaşım edib. O, oyundan sonra “Barsa”nın azarkeşlərini komandalarını sonadək dəstəklədiklərini bildirərək, “Bavariya” ilə oyunda Kriştiano Ronaldonu fitə basan “Real” azarkeşlərinə ilişməyi yaddan çıxarmayıb:

 

“Nou Kamp”da azarkeşlər komandaya necə dəstək lazım olduğunu göstərdi. Komandaları mübarizəni dayandırsa belə, izdiham möhtəşəm idi. “Real” azarkeşləri isə komandaları yarımfinala adlasa belə, onları fitə basırdılar”.

 

"Real” - “Bavariya” oyunu (4:2) zamanı “kral klubu”nun azarkeşləri hesab 2:1 almanların xeyrinə olduğu zaman bir neçə qol fürsətini əldən verən Ronaldonu fitə basmışdı. Oyun Madrid klubunun 4:2 hesablı qələbəsiylə nəticlənmiş, Ronaldo isə het-trikə imza atmışdı. “Real” və “Barselona” bu həftə İspaniya La Liqasında üz-üzə gələcəklər. Aprelin 23-də, “Santyaqo Bernabeu”da keçiriləcək matç saat 22:45-də başlayacaq.

Tarix: 21 Aprel 00:16    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.