Əfsanəvi Stiven Cerrard yenidən yaşıl meydanlarda

"Liverpul"un canlı əfsanəsi Stiven Cerrard yenidən doğma komandasının heyətində meydana çıxacaq. Sportinfo.az xəbər verir ki, bu ilin yanvar ayında ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda karyerasını başa vuran veteran yarımmüdafiəçi "Sidney"lə keçiriləcək yoldaşlıq matçında iştirak edəcək.

 

Mövsümün sonunda baş tutacaq oyunda Cerrarddan başqa karyerasını bitirmiş "Liverpul"un digər sabiq futbolçuları - Daniel Agger, Stiv Makmanaman və Ceymi Karrager də iştirak edəcəklər.

 

Hazırda "mersisaydlılar"ın akademiyasında çalışan Cerrardın yayda “Liverpul”un U-18 komandasının baş məşqçisi təyin ediləcəyi gözlənilir.

Tarix: 20 Aprel 20:04    Oxunub: 167    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Aprel 2017
28 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.