Messini geridə qoyan oğlan

“Monako”nun hücumçusu Kilian Mbappe rekorda imza atıb. Sportinfo.az xəbər verir ki, gənc oyunçu debüt ilində Çempionlar Liqasının 1/8 və 1/4 final mərhələsinin hər iki oyununda qol vuran ilk futbolçu kimi tarixə düşüb.
 

1/4 final mərhələsinin cavab qarşılaşmasında “Borussiya” ilə oyunda fərqlənən Mbappe ilk oyunda da dublla yadda qalmışdı. O, “Mançester Siti” ilə 1/8 final oyunlarının hər ikisində də qol vurmağı bacarmışdı.
 

Mbappe daha bir nəticə ilə Messini arxada qoyub. 18 yaşlı forvard Kilian ÇL-nin pley-off mərhələsində 5 qol həddinə çatan ən gənc oyunçudu. Messi isə 5-ci qoluna imza atanda 23 yaşında idi. 

Tarix: 20 Aprel 19:51    Oxunub: 168    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.