"Qalatarasaray" bu ərköyün üçün fransızlara ağız açdı

“Nitsa”nın hücumçusu Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, bunu italiyalı forvardın meneceri Mino Rayola deyib.
 

O bildirib ki, Fransa klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 26 yaşlı futbolçu üçün “Qalatasaray”dan təklif alıblar. Ancaq “cim-bom”la yanaşı, Çin klubları da İtaliya millisinin üzvünün xidmətində maraqlıdılar. Rayola bu təklifləri mövsümün sonunda nəzərdən keçirib, bir qərar qəbul edəcəklərini bildirib.
 

Karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan” və “Liverpul” kimi nəhəng klubların formasını geyinmiş Mario Balotelli ötən ildən “Nitsa”da çıxış edir.

Tarix: 20 Aprel 19:25    Oxunub: 133    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2017
23 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.