Hamı Qurban Qurbanovun 45 yaşını təbrik edirdi, 2 gün sonra isə...

Hamı Qurban Qurbanovun 45 yaşını təbrik edirdi. Saytlarda bu haqda yazılar, sosial şəbəkələrdə statuslar yazılırdı. Yubileydən cəmi iki gün sonra isə yenə Qurban Qurbanovla bağlı, bu dəfə hamını üzən bir xəbər yayıldı...

 

İmkan tapan və Qurbanov qardaşlarını tanıyan hər kəs Zaqatala rayonunun Aşağı Tala kəndinə axışırdı. Musa və Qurban Qurbanov qardaşlarını dünyaya gətirən ana rəhmətə getmişdi...

 

Başsağlığı statuslarında və bu statusların altına yazılan şərhlərdə bəzi imkansız həmkarlarımın valideynləri xəstə olan vaxt Qurban bəyin onlara həm maddi, həm də mənəvi cəhətdən böyük dəstək göstərdiyini yazmaları diqqətimi çəkdi. Əslində bu, Qurbanova yaxın olan adamlar üçün sirr deyil. Amma Qurban bəy əksər azərbaycanlılardan fərqli hansısa xeyirxah addım atanda bunu reklam üçün etmir. Ara-sıra mətbuatdan xəbər tutursan ki, Qurban Qurbanov yalnız jurnalistlərdən yox, hər kəsdən çətin anda bacardığı köməyi əsirgəməyən insandı.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov maddi cəhətdən mənə dəfələrlə kömək etdi..." Bu sözləri milli komandamızın sabiq üzvü, yaxınlarda ölüm xəbəri çıxan və sonradan tapılan Faiq Cabbarov söyləmişdi. Qurbanovun Faiq kimi çətin vəziyyətdə olan neçə adama yardım əlini uzatdığını isə yalnız özü və Allah bilir.

 

Yəni, Qurban Qurbanov təkcə futbolumuzda inqilab edən, onu keyfiyyət baxımından tam başqa səviyyəyə qaldıran adam deyil, həm də adam kimi adamdı!

 

Ən azı yuxarıda dediyim faktlar Qurban bəyin nə qədər genişürəkli, gözəl insan olduğunu göstərir. Belə azərbaycanlılarla hər zaman qürur duymuşam, fəxr etmişəm. O, dəyərli azərbaycanlıdı və yaşı çox olmasa da, artıq əminliklə demək olar ki, Qurban Qurbanov Azərbaycanın dəyəridi!

 

Cənnət insaniyyəti, şəxsiyyəti, xeyirxahlığı ilə tanıyanların qəlbində taxt quran, vurduqları qollarla müstəqil Azərbaycan futbolunda əbədi iz buraxan Qurban və Musa kimi övladları dünyaya gətirmiş ananın ayaqları altındadı. 


Allah rəhmət eləsin!

 

Anar ŞABANOĞLU

Tarix: 20 Aprel 18:33    Oxunub: 378    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.