"Monako"nun futbolçusu Azərbaycanla oyun haqda nə dedi?

“İslamiada öncəsi komandada yaxşı atmosfer yaranıb. Qalib ruhlu futbolçuyam, məğlub olmağı sevmirəm. Bakıya daha yaxşı vəziyyətdə yollanacağıq" - Sportinfo.az xəbər verir ki, bu sözləri 23 yaşadək futbolçulardan ibarət Kamerun yığmasının üzvü Daua Joskin deyib.
 

Çempionlar Liqasında yarımfinala çıxan “Monako”nun əvəzedici heyətində çıxış edən müdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. O, gələn ay Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları haqda danışıb.
 

Millimizlə eyni qrupda yer alan Kamerun yığmasının üzvü Bakıya çempion olmaq üçün gələcəklərini bildirib: “Portuqaliyanın “Jil Visente” klubunda çıxış etdikdən sonra Fransaya yollandım. Hazırda “Monako”dayam. Bəzi problemlərə görə yığmanın ilk hazırlıq prosesinə qatıla bilməmişdim. Millinin düşərgəsinə ötən həftənin ikinci günü qoşuldum. Yenidən yığmaya dəvət almaq hər futbolçu üçün xoşbəxtlikdi. Məşqlərdə əlimdən gələni edirəm. Kollektivə tam uyğunlaşmışam".
 

Yaşar Vahabzadənin başçılıq edəcəyi millimiz İslamiadada ilk oyununu mayın 8-də məhz Kamerun yığmasına qarşı keçirəcək.

Tarix: 20 Aprel 18:07    Oxunub: 323    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.