Baş katib Qriqorçukun milliyə namizəd olduğunu təsdiqlədi

Milli komandanın baş məşqçi postuna Aleksandr Starkovu gətirən Latviya Futbol Federasiyasının baş katibi Yanis Mezeçkis yığmaya namizədlər arasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun da adının olduğunu bildirib.

 

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan klubunun ukraynalı çalışdırıcısının siyahıda ilk yerlərdə olduğunu deyib. Mezeçkis latviyalı baş məşqçi ilə anlaşdıqları üçün şad olduqlarını bildirib:

 

“Düzdü, latviyalı məşqçinin olması hamımızın ilk istəyi idi. Biz Azərbaycan klubu “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış Roman Qriqorçukla da danışdıq. Ancaq söhbətimiz yarımçıq qaldı. Onun “Dauqavpils” və “Ventsplis”də gördüyü işlərə hörmətimiz var. Amma Qriqorçuk bildirdi ki, o, özünü klubda daha yaxşı hiss edir, nəinki milli komandada”.

Tarix: 20 Aprel 17:15    Oxunub: 335    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.