"Çelsi" və dünya futbolunun canlı əfsanəsi Con Terri karyerasını Türkiyədə davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, Superliqa klubu “Antalyaspor” veteran müadfiəçini transfer etmək istəyir.
Türklər yayda London klubundan ayrılacağını açıqlayan 36 yaşlı futbolçuya rəsmi dəvət göndərəcəklər. Lakin keçidin reallaşacağı dəqiq deyil. Çünki onunla ABŞ, Çin və Qətər klubları da maraqlanır.
İngiltərə millisinin sabiq üzvü 1995-ci ildən "zadəganlar"ın şərəfini qoruyur.