ŞAD XƏBƏR! "Şirkətdən zəng vurub bizə dedilər ki, hazır olun"

«Son turlarda qeyri-sabit çıxış etməyimizin səbəbi komandadan gedənlərin və zədəlilərin çox olmasıdı. Beş iranlını yola salmışam. Rusiyadan gələn iki nəfəri də həmçinin. Onlara Qusarda ev tutmuşdum, gündə iki dəfə yemək verdirirdim. Çatdırmaq olmur» - «Şahdağ»ın baş məşqçisi Kamran Əlibabayev Sportinfo.az-a açıqlamasında belə deyib.

 


I Divizion klubunun çalışdırıcısı bildirib ki, aprelin 21-ni gözləyir: «Həmin gün çempionatı qurtarıb, yeni komanda yığmağa başlayacam. Stadiona traktor salıb, buraları şumladacam. Beş-altı nəfər zədəlidi, indi normal futbolçu tapmıram oynatmağa. Hamısı 16-17 yaşlı uşaqlardı.

 

100-150 manat maaş alırlar, mən onlardan nə tələb edim? Bacardıqları budu da…Hələ divizionda oynamağa səviyyələri çatmır. Qusarda pulsuzluqdan bütün yaş qrupları dağılıb. Daha aşağıdan uşaq gəlmir. Mən «Şəmkir»ə gedənədək burda 4-5 yaş qrupu üzrə komanda yaratmışdıq. Gərək, indi bu işlə də özüm məşğul olam. «Azenko» ilə danışmışam, problemləri yavaş-yavaş həll etməyə başlayıblar.

 

Dövlətə, vergiyə, sosial müdafiəyə olan borclarımızın çoxu bağlanıb. Klubun adına bank hesabı açılıb, maaşı ora «vururlar». Aylıq büdcəmiz 12 min manatdı. Gələn mövsüm 24 min edəcəklər. Şirkətdən zəng vurub deyiblər ki, hazır olun, rəhbər sizinlə görüşəcək. O görüşü gözləyirəm, çünki «Şahdağ»ın bütün problemləri yalnız orda həll oluna bilər. Heç kim məni aldada bilməz. Söz verdiklərini eləməsələr, bu, futbolu aldatmaq demək olacaq, məni yox. Mənə nə var, nə cür şərait yaradacaqlar, o cür də komanda quracam.

 

Deyiblər, yaxşı olacaq, Premyer Liqaya vəsiqə almağı qarşınıza məqsəd qoyun. Mən hazır, ayda 24 mini versinlər, ürəkləri istəyən komandanı çıxarım ortaya. «Azenko» rəhbərliyinə çox inanıram. Özləri də maraqlıdı ki, Qusarda futbol olsun. 11 ildi divizionda oynayırıq. Məqsədsiz-filansız. Artıq «Şahdağ»ın bir hədəfi olmalıdı. Deyiblər ki, stadionu təmir edəcəyik. Bu meydançada heç reqbi oynamaq olmaz, qaldı ki futbol. Lap zayı çıxıb. Qusara belə stadion yaraşmır».

 

Tarix: 20 Aprel 16:23    Oxunub: 1219    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Aprel 2017
28 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.