"Neftçi" milli komandamızın üzvü ilə müqavilə bağladı - FOTO

Premyer Liqada ən uğursuz mövsümü keçirən “Neftçi” transfer çalışmalarına start verib. Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi ilk növbədə qapı xəttini gücləndirib.

 

Elxan Abdullayevin qara günə qoyduğu "ağ-qaralar" "İnter"dən Səlahət Ağayevi transfer edib. "Sabiq bankirlər"i maliyyə problemlərinə görə tərk edən "çərçivə qoruyucu"su paytaxt klubu ilə 2 illik sözləşmə imzalayıb.
 

2008-2015-ci illərdə “İnter”də çıxış edən Səlahət Ağayev müxtəlif vaxtlarda MOİK və “Sumqayıt”da icarə əsasında çıxış edib. Cari mövsümün əvvəlindən yenidən “İnter”ə qayıdan 26 yaşlı qapıçı 2010-cu ildən Azərbaycan millisinə çağırılır (futbol11.az).

Tarix: 20 Aprel 15:57    Oxunub: 372    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.