Püşkatmanın tarixi bəllidi

UEFA Avropa Liqası və Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi vaxt məlum olub. Sportinfo.az xəbər verir ki, İsveçrənin Sion şəhərində keçiriləcək tədbir aprelin 21-də baş tutacaq.

 

Bakı vaxtı ilə saat 14:00-da Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə 15:00-da isə Avropa Liqasının yarımfinal mərhələsinin cütlükləri bəlli olacaq. 1/4 final mərhələsində olduğu kimi, yarımfinalda da iki ölkənin təmsilçisi bir-birinə rəqib ola bilər.
 

Çempionlar Liqasında yarımfinala “Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya) və “Atletiko” (Madrid, İspaniya) klubları yüksəliblər. Avropa Liqasında isə yarımfinalçılar aşağıdakı cütlüklərdən sonra bəlli olacaq:
 

“Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)
“Genk” (Belçika) – “Selta” (İspaniya)
“Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)
“Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)

Tarix: 20 Aprel 15:44    Oxunub: 130    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.