Vladimir Putinin dostu "Turan-Tovuz"u himayəsinə götürür?

Bəlli olduğu kimi, I Divizionda sona iki tur qalmasına baxmayaraq, “Turan Tovuz” artıq elitaya vəsiqəni təmin edib. Əsgər Abdullayevin komandası 24-cü turda doğma meydanda MOİK-i minimal hesabla udmaqla, bu vəzifənin öhdəsindən gəlib.


Amma yayılan xəbərlərə görə, “Turan Tovuz” Premyer Liqada çıxış etmək üçün lazımi maliyyə dayaqlarına malik deyil. Düzdü, normal stadionu, aşağı yaş qruplarında komandaları var. Maliyyə zəmanəti olmadığından Premyer Liqaya buraxılmaya bilər.


Artıq bir çox tovuzlu ziyalılar kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək istəyirlər. Hətta əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva belə “Tovuz Turan” üçün həyəcan təbili çalsa da, indiyədək heç kim bu məsuliyyətin altına girmək istəmir. Amma, deyəsən, işıq ucu görünməyə başlayıb.


Moskvadakı mənbələrdən verilən məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan “Fud-Siti” “Turan Tovuz”a sponsorluq edə bilər. Mənbənin dediyinə görə, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, Vladimir Putinin dostu kimi tanınan Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib.


Qərb təmsilçisinin keçmiş prezidenti Namiq Məstanov Sportinfo.az-a bildirib ki, bunun baş verəcəyinə inanmır: «İlham müəllim «Turan»a sponsorluq edə bilər, amma indiki zamanda etməz. Niyəsini özündən soruşun. Səbəbini özü desə, daha yaxşı olar. «Turan»a sponsorluq eləmirəm axı, mən də səbəbini deyim. Kimin adı klubla yanaşı hallanırsa, o da çıxıb cavab verə bilər».

 

Tarix: 20 Aprel 15:31    Oxunub: 987    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Aprel 2017
28 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.