Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Polşanın Varşava şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək.
 
Sportinfo.az xəbər verir ki, dörd gün davam edəcək mötəbər yarışda Azərbaycan milli komandası 13 cüdoçu ilə təmsil olunacaq.
 
Aprelin 20-22 tarixlərində cüdoçularımız fərdi yarışlarda mübarizə aparacaqlar. Ayın 23-də isə millimiz komanda yarışında qüvvəsini sınayacaq.
 
Fərdi yarışlarda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) digər cüdoçularımızla birgə yarışacaq.
Tarix: 20 Aprel 13:54    Oxunub: 86    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.