Qriqorçuk "Qəbələ"yə görə bu təklifdən imtina etdi

 Aleksandr Starkovu milli komandanın baş məşqçi postuna gətirən Latviya Futbol Federasiyasının baş katibi Yanis Mezeckis namizədlər arasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun da adının olduğunu açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, o, ukraynalı çalışdırıcının  siyahıda ilk yerlərdə olduğunu deyib. Mezeçkis latviyalı ilə anlaşdıqları üçün şad olduqlarını da bildirib:

 

“Düzdür, latviyalı məşqçinin olması hamımızın ilk istəyi idi. Biz Azərbaycan klubu “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış Roman Qriqorçukla da danışdıq. Lakin söhbətimiz yarımçıq qaldı. Onun “Dauqavpils”də və “Ventsplis”də gördüyü işlərə hörmətimiz var. Amma Qriqorçuk bildirdi ki, o özünü klubda daha yaxşı hiss edir, nəinki milli komandada”.

Tarix: 20 Aprel 13:06    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Aprel 2017
28 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.