"Bakı bir ilkə imza atacaq"

"Azərbaycan beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməklə adını dünya idman tarixinə yazdırıb. Biz bunu 2015-ci ildə ilk Avropa Oyunları zamanı gördük. Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi" - Sportinfo.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Elqucia Berişvili deyib.

 

E.Berişvili deyib: Bir neçə gündən sonra Azərbaycan daha bir beynəlxalq idman yarışına – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu oyunları təşkil etməklə Azərbaycan təkcə İslam dünyasında deyil, bütün dünyada öz nüfuzunu daha da möhkəmləndirəcək. İnanıram ki, dost və qardaş Azərbaycan tarixin bu sınağından da uğurla çıxacaq, tarixdə daha bir ilkə imza atacaq. Azərbaycan dövlətinə, azərbaycanlı idmançılara və ümumiyyətlə, bütün idmançılara uğurlar arzulayıram”.

Tarix: 20 Aprel 11:00    Oxunub: 188    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.