"İnanmıram ki, Qurban Qurbanov bizə qarşı..." - TƏƏSSÜFLƏNDİ

"Zirə" ilə oyunun son dəqiqəsində buraxdığımız qoldan çox təsirləndik. Ciddi psixoloji travma aldıq. Əgər bu oyunda 3 xal qazansaydıq, avrokuboklara getmək şansımız 60-70 faiz artacaqdı. İndi isə dördüncü pilləyə yüksəlmək şansımız ondan xeyli aşağıdı" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov deyib.


Premyer Liqanın XXVIII turu başdan-ayağa formal xarakter daşıya bilər. Qaşıdakı 4 matç son iki tur öncəsi qalan hər iki suala aydınlıq gətirmək gücündədi. Söhbət 2-ci yerlə gümüş qazanacaq və 4-cü yerlə avrokuboklara gedəcək son komandanın adının müəyyənləşməsindən gedir.


Bütün sualların aradan qalxması üçün görüşlərin hamısında münasib nəticələr qeydə alınmalıdı. “Gümüş”lə “bürüncü” öz arasında bölüşəcək “Qəbələ”ylə “İnter” arasındakı matçda ilk suala aydınlıq gələcəyi daha realdı. Çünki evdə oynayan əyalət klubunun 2-ciliyinin son turadək təxirə salınması üçün bakılılar 2 və ya daha çox top fərqi ilə qalib gəlməlidi. Digər hallarda “İnter” üçüncülüklə indidən barışacaq.

 

Amma 4-cü yerin sahibinin müəyyənləşməsi daha çətindi. Bunun üçün 3 görüşün nəticəsi vacibdi. Hazırda 33 xalla 4-cü olan “Zirə”nin bu mövqeyi təmin etməsi üçün ilk növbədə “Neftçi”ni məğlub etməlidi. Belə olan halda “ağ-qaralar” avrokubok xəyalından əl çəkəcək.

 

Zirəlilərin avrokubok yoluna maneə olacaq “Sumqayıt”la “Kəpəz”in də sıradan çıxması Ayxan Abbasovun yetirmələrini qitə miqyaslı turnirlərə aparacaq. Bunun üçün “Sumqayıt” “Qarabağ”la görüşdə mütləq uduzmalı, “Kəpəz” isə AZAL-la matçda xal itirməlidi. Bütün bu şərtlər daxilindəki nəticələr “Zirə”nin avrokuboklarda debüt imkanı verəcək vəsiqəsi son tur öncəsi rəsmiləşəcək (apasport).

 

"Kimyaçılar" son 2 turda "Qarabağ" və "Qəbələ" ilə qarşılaşacaq. Ağdamlılar çempionluğunu artıq təmin edibsə, "qırmızı-qaralar" Avropa Liqasında iştirakında qarantidi. Bu iki komanda mayın 5-də ölkə kubokunun finalında üz-üzə gələcək. Sadalanan nüanslar birbaşa "Sumqayıt"ın xeyrinədi. Çünki rəqibləri onları udmaq üçün 3 xalın "ac"ı deyil artıq.

 

Sultanov isə bu fikirlərlə razı deyil: "İstər "Qarabağ" olsun, istər "Qəbələ" yetərincə güclü heyətə malikdi. Onların ehtiyatında oturan futbolçulardan da yaxşı komanda düzəltmək olar. "Qarabağ"ın adı bəs edir. "Qarabağ" çempiondü, duzdü. Ancaq inanmıram ki, Qurban Qurbanov "Sumqayıt" və "Neftçi"yə qarşı əvəzedicinin uşaqlarını meydana buraxsın.

 

İstəyəcək ki, hər iki oyunu udub, komandanı kubokun finalına yaxşı əhval-ruhiyyədə aparsın. Eynisi ilə Roman Qriqorçuk. Avrokuboklardan ümidimizi üzməmişik yenə, toparlanıb yaxşı nəticə qazanmağa çalışacağıq. Gözəl şans düşmüşdü əlimizə, bir penalti ilə özümüz öz işimizi çətinə saldıq". 

Tarix: 20 Aprel 10:48    Oxunub: 354    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.