"Əvvəldən bu məsələdə UEFA-ya inandığımı demişdim"

“Lion”un prezidenti Jan-Mişel Olyas UEFA-nın Avropa Liqasının 1/4 final mərhələsinin “Beşiktaş”a qarşı ilk oyunda yaşanan hadisələrlə bağlı verdiyi qərarı haqlı sayır. Sportinfo.az xəbər verir ki, hazırda İstanbulda olan Olyas komandasının məşqi zamanı jurnalistlərə açıqlamasında qərarın ədalətli olduğunu deyib:

 

“UEFA-nın qərarı doğrudu. Əvvəldən bu məsələdə UEFA-ya inandığımı demişdim. İki klub üçün də doğru qərar olduğunu düşünürəm. “Beşiktaş” üçün ağır bir qərar ola bilər, çünki evdə oyunları var və bu qərarı son anda öyrəniblər. Böyük oyun olacaq. Hər iki komandanın mərhələ keçmək şansı bərabərdi. Biz daha əvvəl 7 dəfə 1/4 finalda mübarizə aparmışıq. Bu oyunu uğurla başa vurub, yarımfinala adlamaq istəyirik”.

 

UEFA bu komandalar arasında keçirilmiş ilk oyundan öncə yaşanmış hadisələrə görə həm İstanbul təmsilçisinə, həm də fransızlara 2 il sınaq müddəti müəyyənləşdirib. Bu müddətdə oxşar hadisələr təkrarlanacağı təqdirdə, klublar avrokuboklardan 1 il müddətinə kənarlaşdırılacaqlar. Bundan əlavə, klublar 100 min avro dəyərində cərimə olunub. Bu komandalar arasında Fransada baş tutmuş ilk oyun “Lion”un 2:1 hesablı qələbəsiylə nəticələnmişdi.

Tarix: 20 Aprel 10:24    Oxunub: 50    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Aprel 2017
28 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.