Qeyri-adi qabiliyyəti olan azərbaycanlı gənc internet ulduzuna çevrildi - VİDEO

21 yaşlı azərbaycanlı gənc Vaqif Fatehi tennis, basketbol topu və digər idman alətləri ilə etdiyi hərəkətləri qısa video halında çəkərək, sosial şəbəkələrə yükləyib və qısa vaxtda məşhur olub. Sportinfo.az xəbər verir ki, o, tennis topu ilə butulkanın qapağını açır. Təxminən 20 metrlik məsafədən atdığı topu səbətə salır.

 

Başqa bir hərəkəti isə daha da həyəcanlıdı. Əvvəlcə səhv etmədən ardıcıl 5 plastik qabın içinə stolüstü tennis topunu atır. 6-cı atışda isə bütün plastik qablar bir-birinin içərisinə daxil olur. Bu cür hərəkətlərdən bəhs edən videoları çəkərək sosial şəbəkələrdə paylaşan Vaqif Fatehi həm də tennisçidir.

 

İdmana uşaqlıqdan həvəsi olan Vaqif deyir ki, onun bu məharəti internetdə izlədiyi bir video sayəsində üzə çıxıb. Təkcə “İnstaqram”da 63 mindən çox izləyicisi olan gəncin ən çox diqqət çəkən videosu 15 milyondan çox izlənilib və əcnəbilərin də xeyli marağına səbəb olub. Hələlik bu məharətindən pul qazanmayan gənc deyir ki, əsas hədəfi gənclərdə idmana olan marağı artırmaqdır. O, bu bacarığı ilə istəyəndə heç nəyin mümkünsüz olmadığını göstərmək istəyir.

 

Tarix: 20 Aprel 10:12    Oxunub: 205    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.