"Monako"lu gənc istedad Lionel Messini keçdi - Qol sayında

“Monako”nun 18 yaşlı hücumçusu Kilian Mbappe daha bir rekorda imza atıb. Sportinfo.az xəbər verir ki, fransalı futbolçu debüt ilindəcə Çempionlar Liqasının 1/8 və 1/4 final mərhələsinin hər iki oyununda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

 

 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Borussiya” ilə oyunda fərqlənən Mbappe ilk oyunda da dublla yadda qalmışdı.  O, “Mançester Siti” ilə 1/8 final oyunlarının hər ikisində qol vurmağı bacarmışdı. Mbappe daha bir maraqlı nəticə ilə Lionel Messini arxada qoyub. Belə ki, 18 yaşlı Kilian ÇL-nin pley-off mərhələsində 5 qol həddinə çatan ən gənc oyunçudu. Messi isə 5-ci qoluna imza atanda 23 yaşında idi. 

Tarix: 20 Aprel 09:48    Oxunub: 104    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2017
23 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.