"Bura usta olduqları işi görməyə gəlmişdilər və gördülər də"

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda evdə “Yuventus”la qolsuz bərabərə qalaraq mübarizəni dayandıran “Barselona”nın müdafiəçisi Xerard Pike oyunla bağlı fikirlərini bildirib. Sportinfo.az xəbər verir ki, müdafiəçi “qoca sinyora”nın mərhələni keçməyə layiq olduğunu deyib:

 

“Möhtəşəm komandaya qarşı oynadıq. Ümumi götürsək, daha yaxşı oynadılar və mərhələni keçməyə layiq idilər. Onlar italyandılar, müdafiə olunmağı yaxşı bilirlər və bu sahədə ustadılar. Bura usta olduqları işi görməyə gəlmişdilər və gördülər də. Onlara ən yaxşı diləklərimi çatdırıram və kuboku qazana biləcəklərini düşünürəm”.

Tarix: 20 Aprel 09:36    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2017
26 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.