“Azərbaycan millisinin çıxışı emosionaldı, çox xoşuma gəlir"

Bədii gimnastika üzrə Olimpiya, dünya və Avropa çempionu Alina Kabayeva Moskva-Baku portalına danışıb. Sportinfo.az xəbər verir ki, müxtəlif məsələlər barədə sualları cavablandıran 33 yaşlı keçmiş gimnast Azərbaycan gimnastikasından, onun son illərdəki inkişafından da danışıb.


Alina Kabayeva Sidney Olimpiadasının bürünc, Afina Olimpiadasının isə qızıl medalçısıdı. Həmçinin 9 dəfə dünya çempionu, 15 dəfə isə Avropa çempionu olub. O, Azərbaycanda gimnastika üzrə mötəbər tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu deyib: 


"Bakıda möhtəşəm gimnastika arenası inşa edilib. Təsadüfi deyil ki, dörd ildə bir dəfə keçirilən qitələrarası hakimlik kurslarının təşkili Bakıya həvalə edilib. Deyə bilərəm ki, Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycanda bədii gimnastika hazırda yüksək səviyyəyə çatıb. Təkcə istəmək və maddi imkanın olması uğur qazanmaq üçün yetərli deyil. Eyni zamanda işi düzgün qurmaq, hər şeyi nəzarətdə saxlamaq və vaxtında müəyyən dəyişikliklər etmək lazımdı”.


Əfsanəvi gimnast Azərbaycan gimnastlarının fərqliliyindən söhbət açıb: "Azərbaycanda bacarıqlı məşqçilər çalşır. Artıq bədii gimnastikanın öz üslubu var. Azərbaycan gimnastlarını özünəməxsus zərifliyi, ifadəliliyi ilə xarakterizə edirəm. Həqiqətən də onların çıxışlarını bəyənirəm. Yeni Olimpiya dövründə də yüksək nəticələr qazanacaqlarına inanıram".

 

Son Olimpiadadakı təmsilçimiz Marina Durunda haqqında danışan Kabayeva, onun bəxtinin gətirməməsi fikri ilə razılaşmadığını bildirərək, fikirlərini belə ifadə edib: "Mənə görə, Marinanın çox böyük potensialı var. Hələ də onu aça bilməyib. Rioda onun bəxtinin gətirməməsi fikri ilə razılaşmıram. O, ən yaxşı 10 gimnast sırasına düşüb".

 

Ötən ildən “Sport Ekspress”in Direktorlar Şurasının sədri kimi çalışan Kabayevanın sözlərinə görə, ölkəmizdə gimnastikanın artıq öz üslubu yaranıb: “Azərbaycan millisi ifadəliliyi və emosionallığı ilə fərqlənir. Onların çıxışı çox xoşuma gəlir. Düşünürəm ki, yeni olimpiya dövründə azərbaycanlı gimnastlar yaxşı nəticələr göstərəcəklər”.

Tarix: 20 Aprel 09:24    Oxunub: 400    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.