Luis Enrike: "Mən “Yuventus”un qarşısında “şapka çıxarıram”

Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələn “Yuventus” – “Barselona” qarşılaşmasında sevinən turinlilər oldu. Sportinfo.az xəbər verir ki, ilk oyunda 3:0 hesabı qalib gələn italiyalılar ikinci oyunda qapısını toxunulmaz saxlayaraq yarımfinala adlayıb. Matç başa çatdıqdan sonra ispanların baş məşqçisi Luis Enrike fikirlərini bölüşü.

 

“Bu, futboldu. Sürətli oyunla rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağı planlaşdırmışdıq, ancaq son anda hücumları məntiqi sonluğa çatdıra bilmədik. İki yaxşı komandanın ifasında yaxşı oyun izlədik. “Yuventus” qarşısında “şapka çıxarıram”. Onların əla baş məşqçiləri və keyfiyyətli oyunçuları var. Bu komanda turnirin qalibi olmaq üçün hər şeyə sahibdi. Ancaq unutmaq olmaz ki, geridə qalan bütün komandalar eyni xüsusiyyətlərə malikdilər”.

Tarix: 20 Aprel 09:00    Oxunub: 185    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.