“Barsa”dan hər iki oyunda qol buraxmamaq görünməmiş hadisədi"

Çempionlar Liqasının 1/4 final mərhələsində iki oyunun nəticəsinə (3:0, 0:0) əsasən “Barselona”nı mübarizədən kənarlaşdıran “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri katalonlarla cavab oyunundan sonra fikirlərini bildirib. Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis “Nou Kamp”da qolsuz bərabərliklə başa çatan oyundan sonra təşkil edilən mətbuat konfransında hər iki matçda qapılarını toxunulmaz saxlamalarını xüsusi vurğulayıb:

 

“Bu mövsümdə sərgilədikləri oyuna görə futbolçulara tərif düşür. Yüksək səviyyəli rəqibə qarşı yaxşı oyun sərgilədik. Xüsusilə, müdafiədə çox yaxşı təsir bağışladıq. Hücum cəhətdən isə zəif idik. Burda təzyiq altında qalmaq normaldı. Finala gedən yolda vacib zəfər idi.

 

“Barselona”dan hər iki oyunda qol buraxmamaq görünməmiş hadisədi. Daha yaxşısını da edə bilərik. Yavaş-yavaş özümüzü inkişaf etdiririk. Hazırda sevinməyimiz normaldı, ancaq yenidən A seriyasına köklənməliyik. Oyunçularım doğrudan, çox peşəkar hərəkət edirlər. Onlara bunu xatırlatmağa ehtiyac olmur”.

Tarix: 20 Aprel 08:48    Oxunub: 116    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.