Al, bu da yeni sponsorun!

Bakı 2017 İslam Həmrəyliyi Oyunları "BonAqua"nın Oyunların rəsmi su təminatçısı kimi seçildiyini elan edib. Sportinfo.az-ın məlumatına görə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov “BonAqua"nın Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi su təminatçısı kimi seçildiyindən məmnun olduğunu söyləyib:

 

“Coca-Cola şirkətinin uzun illər boyunca beynəlxalq idman tədbirlərinə dəstək verməsi faktını nəzərə alsaq, IV İslam Həmrəyliyi oyunlarında da şirkətin su brendini seçməyimiz heç də təsadüfi deyil. Oyunların həyata keçməsində bütün rəsmi tərəfdaş və dəstəkçilərə böyük təşəkkürümüzü bildirir və birgə əməkdaşlıq sayəsində bütün İslam dünyasının diqqətini Oyunlara cəlb edə biləcəyimizdən əminəm".  

 

Tarix: 20 Aprel 08:36    Oxunub: 343    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Aprel 2017
28 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.