"Səni ilk dəfə görəndə kim olduğunu belə bilmirdim"

“Çelsi”nin kapitanı Con Terrinin mövsümün sonunda komandadan ayrılacağı barədə məlumat vermişdik. Sportinfo.az xəbər verir ki, “zadəganlar”ın sabiq üzvü Didye Droqba sosial şəbəkədəki şəxsi hesabında Terri barədə paylaşım edib. Fil Dişi Sahili millisinin sabiq üzvü şəxsi hesabında paylaşdığı vida məktubunda Terriyə təşəkkür edib.

 

Terri “Çelsi”yə 22 il öncə qoşulub. O, 3 il London klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra əsas komandaya cəlb edilib. Droqba 2004-2012 və 2014-2015-ci illərdə “Çelsi”də Terri ilə çiyin-çiyinə oynayıb: “İlk gündən əsl lider oldun. Səni ilk dəfə görəndə kim olduğunu belə bilmirdim.

 

Akademiyadan gənc bir futbolçu olduğunu və bizimlə birlikdə mövsüm öncəsi hazırlıq prosesinə qatılacağını düşünmüşdüm. Daha sonra oynayacağımız ilk oyundan öncə etdiyin çıxışı gördükdən sonra kim olduğunu anladım. 22 ildi “Çelsi”ni eyni həvəslə sevirsən. Premyer Liqada ən yaxşı müdafiəçi olduğuna görə səninlə fəxr edirəm. Xatirələr üçün çox sağ ol, əfsanəvi kapitan Con Terri”.

Tarix: 20 Aprel 08:00    Oxunub: 86    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2017
23 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.