"Bilmirəm nə qədər qaçacam - Sağ-salamat axıra çıxa biləcəm?"

“Bakı Marafonu 2017” yarışına hazırlıq çərçivəsində "Bakı Marafonunun İnsanları" layihəsi davam edir. Sportinfo.az xəbər verir ki, “Sport Marketing Group” (SMG) şirkətinin təşkilatçılığı ilə reallaşan rubrikanın növbəti qonağı tanınmış prodüser və əməkdar artist Murad Dadaşov olub. O bildirib ki, marafonda iştirak etmək minlərlə insanın enerjisini almaq deməkdi.

 

Onun sözlərinə görə, bu, bir fürsətdir: "Gündəlik həyatımız bizi kifayət qədər titrədir. Yaxşı olan və olmayan hadisələr yaşayırıq. Hər nə qədər “birik” desək də, təkik. Marafona gəlmək ona görə vacibdir ki, bir saniyədə minlərlə insanın enerjisni alasınız. İnsan bir anlıq da olsa, gündəmdən çıxmalıdır. Bu, gözəl bir fürsətdir. Özüm də idmanla, cüdo ilə məşğul omuşam.

 

Xarici görkəmimə görə qəribə eşidilsə də, belədi. Mən bilmirəm nə qədər qaçacam. Yəni, sağ-salamat axıra çıxa biləcəyəmmi? Fakt budur ki, start nöqtəsinə hamımız bərabər çıxacağıq. Bax bu, vacib məsələdir. Düşünün ki, mən gəlib qaçacağamsa, siz də mütləq qaçmalısınız”.


Aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

 

Tarix: 20 Aprel 00:34    Oxunub: 189    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.