Bu klublar avrokuboklardan 1 il müddətinə kənarlaşdırılacaq

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Lion” - “Beşiktaş” oyunuyla (2:1) bağlı qərar verib. Sportinfo.az xəbər verir ki, Avropanın ali futbol qurumu həm İstanbul təmsilçisinə, həm də fransızlara 2 il sınaq müddəti müəyyənləşdirib. Bu müddətdə oxşar hadisələr təkrarlanacağı təqdirdə, klublar avrokuboklardan 1 il müddətinə kənarlaşdırılacaqlar. Bundan əlavə, klublar 100 min avro dəyərində cərimə olunub.

 

“Lion” - “Beşiktaş” oyunundan öncə yerli və qonaq azarkeşlər arasında insident yaşanmış, buna görə matç 45 dəqiqə gec başlamışdı. Oyundan sonra hər iki tərəf insidentə görə digərini günahlandırsa da, UEFA tərəfləri eyni dərəcədə günahkar bilib.

Tarix: 20 Aprel 00:08    Oxunub: 214    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.