"Görəcəksiz, hər cərimədə oyunçuları özlərini yerə atacaq"

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş UEFA-nın Avropa Liqasının 1/4 final mərhələsinin “Lion”la səfər oyunuyla bağlı verdiyi qərarlardan narazıdı. Sportinfo.az xəbər verir ki, türk mütəxəssis fransızlarla cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında Avropanın ali futbol qurumunun qərarını sərt tənqid edib:

 

“Biz futboldan kənara çıxmayacağıq. Şiddət də görmək istəmirik. Şiddət varsa, cəza verilməlidi. Cəza verərkən ədalətli olmalısan. Ancaq UEFA “Lion” tərəfdə oldu. Tərəzinin digər tərəfi daha ağır gəldi. UEFA bizə qol vurdu. İndi biz topu qapımızdan çıxarmalıyıq. Bu cür məsələlərdə bir az daha düşüncəli, ədalətli qərar vermək lazımdı.

 

Ordakı azarkeşləri biz buraxmadıq stadiona, onlar buraxdı. Bəlkə də, “Lion” tərəfi bu cür cəza olacağını bilirdi, ona görə azarkeşlərini bura gətirmədi. Sabah görəcəksiz, hər cərimədə oyunçuları özlərini yerə atacaq. “Roma” - “Lion” oyununda da bu cür olmuşdu. Lionda hadisə oldu, cəzasını biz çəkdik.

 

Burda sabah oyun olacaq, cəzasını yenə biz çəkirik. Bu cür cəzanın heç bir məntiqi yoxdu. Cəzanı boynumuzdan assalar da, mübarizə aparacağıq. Futbol ayaqla oynanan oyundu və biz bu oyunu oynamağa çalışacağıq. Bu qərarda qazanan “Lion”du, uduzan isə “Beşiktaş” və futboldu”.

 

UEFA bu komandalar arasında keçirilmiş ilk oyundan öncə yaşanmış hadisələrə görə həm İstanbul təmsilçisinə, həm də fransızlara 2 il sınaq müddəti müəyyənləşdirib. Bu müddətdə oxşar hadisələr təkrarlanacağı təqdirdə, klublar avrokuboklardan 1 il müddətinə kənarlaşdırılacaqlar. Bundan əlavə, klublar 100 min avro dəyərində cərimə olunub.

Tarix: 20 Aprel 00:16    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2017
23 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.