Fırıldaq, saxtakar, “çirkli pullar”ı yuyan milyarder həbs olundu

Beynəlxalq formula 1 avtoçempionatında çıxış edən "Force İndia" komandasının sahibi, milyarder iş adamı Vicay Mallya Londonda həbs olunub. Sportinfo.az “The Guardian”a istinadən xəbər verir ki, Hindistandan olan 61 yaşlı milyarder fırıldaqda, saxtakarlıqda və “çirkli pullar”ın yuyulmasında suçlanır. Dünən o, London məhkəməsinə cəlb olunub. Məhkəmənin qərarına görə, Mallya vətəni Hindistana ekstradisiya ediləcək.

 

Mallya fevralın 8-dən bəri Hindistanda axtarışdadı. Yerli banklar ondan 1,45 milyard dollara çatan borcları almağa çalışırlar. Hindistanın ən zəngin iş adamlarından olan Vicay Mallya 2007-ci ildə holland tərəfdaşları ilə birlikdə formula 1-dəki "Spyker" komandasını 88 milyon dollara satın alıb. 2008-ci ildə bu komandanın adı dəyişdirilərək "Force İndia" olmuşdu.

Tarix: 19 Aprel 19:12    Oxunub: 183    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.