Putinin dostu və yəhudi iş adamları "Turan"ın sponsoru oldu?

I Divizionda sona iki tur qalmasına baxmayaraq, “Turan Tovuz” artıq elitaya vəsiqəni təmin edib. Əsgər Abdullayevin komandası 24-cü turda doğma meydanda MOİK-i minimal hesabla udmaqla, bu vəzifənin öhdəsindən gəlib.

 

Amma yayılan xəbərlərə görə, “Turan Tovuz” Premyer Liqada çıxış etmək üçün lazımi maliyyə dayaqlarına malik deyil. Düzdür, komandanın normal stadionu, aşağı yaş qruplarında komandaları var.  Amma maliyyə zəmanəti olmadığından klub Premyer Liqaya buraxılmaya bilər.

 

Artıq bir çox tovuzlu ziyalılar kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək istəyirlər. Hətta əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva belə “Tovuz Turan” üçün həyəcan təbili çalsa da, indiyədək heç kim bu məsuliyyətin altına girmək istəmir. Amma deyəsən işıq ucu görünməyə başlayıb.

 

Moskvadakı mənbələrdən verilən məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan “Fud-Sity”  “Turan Tovuz”a sponsorluq edə bilər. Mənbənin dediyinə görə, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, Vladimir Putinin dostu kimi tanınan Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib. (lent.az)

Tarix: 19 Aprel 18:12    Oxunub: 3299    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.