"Mahmudov "Boavişta"da qalacaq -.O, mənim xoşuma gəlir"

"Boavişta"nın baş məşqçisi Migel Leal Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun klubdan ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib. Sport24.az-a açıqlama verən portuqaliyalı mütəxəssis məlumatı təkzib edib.

 

Lealın sözlərinə görə, 25 yaşlı yarımmüdafiəçimizi göndərmək yox, ondan daha çox faydalanmaq fikri var: "İndiki halda Emin burda qalacaq. O, mənim xoşuma gəlir. Mahmudov böyük futbolçu olacaq".

 

Sportinfo.az xəbər verir ki, "Boavişta"nın millimizin digər üzvü, qapıçı Kamran Ağayevlə müqaviləni pozandan sonra əsas heyətə düşməkdə çətinlik çəkən Eminlə də yollarını ayıcarağı müzakirə mövzusuna çevrilib. 

Tarix: 19 Aprel 17:24    Oxunub: 352    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.