"Söyüş söyüb, indi buyursun, 3200 manatı öz cibindən ödəsin"

"AFFA artıq hadisəyə münasibətini açıqlayıb. Bu qərardan apellyasiya şikayəti verməyəcəyik. Biz isə bu hərəkəti etmiş futbolçumuzu heç bir halda cəzasız qoymayacağıq" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov deyib.


Dünən AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: Topaz Premyer Liqasının 26-cı turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.


C.Sultanovun bildirdiyinə görə, bu cəriməni klub özü ödəməyəcək: "Hadisə meydanda baş verməyib. Komandaya heç bir dəxli yoxdu. Nicat hirslənmişdisə də belə, hakimləri təhqir etməməli, əsəblərini cilovlamalıydı. Xeyr, komandadan kənarlaşdırmaq fikrində deyilik ona.

 

Söyüş söyüb, cəriməni də, buyursun, öz cibindən ödəsin. Ona görə belə edirik ki, ikinci dəfə bu səhvə yol verməsin. "Sumqayıt"da nizam-intizama xüsusi fikir verilir. Cari mövsümsün ən az qırmızı və sarı vərəqə alan komandalarından biriyik. Nicatın özüylə çox ciddi söhbətimiz olacaq".

Tarix: 19 Aprel 15:48    Oxunub: 332    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.