“Baku-Fire” - Azərbaycan futzalının köhnə və yeni ulduzu - FOTOLAR

Bu il yaranmasının 13 illiyini qeyd edən Azərbaycan Futzalının köklü klublarından biri “Baku-Fire” 2017-ci ilə yeni hədəflərlə qədəm qoyacaq. "Eurasia Diary"yə verilən məlumata görə, 2003-cü ildə Bakı şəhərində yaranmış klub Azərbaycan idmanının inkişafına xidmət etmək üçün uzun illərdir bir çox idman tədbirlərini təşkil etməklə yanaşı ölkə səviyyəsində keçirilən çempionatlarda da çıxış edərək müxtəlif uğurlar və nəaliyyət qazanmışdır.

 

Uğur və nəaliyyət dedikdə klub yalnız qazanılan medalları nəzərdə tutmur. Klubda yetişmiş və hal-hazıırda bir çox böyük klublarda çıxış edən futzalçılar da klub üçün böyük nəaliyyətdir. Ən böyük məqsədlərindən biri ölkə futboluna yeni istedadlar qazandırmaqdır. Elə bu səbəbdəndə uşaq məktəbi klubun ən böyük fəaliyyət istiqamətlərindən biridir. Göstərici kimi 2012-2013 sezonunda U15 Liqasında 2-ci yer, 2013-2014 və 2014-2015 sezonlarında U-17 liqasında ardıcıl 2 dəfə 1-ci yerin sahibi olmağı misal çəkmək olar. Ümumiyyətlə klubun məqsədi futzal çempionatının bütün liqalarında çıxış etmək və hər birində nəaliyyət qazanmaqdır.

 

2010-cu ildə ölkə çempionatlarında öz çıxışına başlamış klub 2011-2012 sezonunda Həvəskarlar Liqasının qalibi, 2012-2013 sezonunda Həvəskarlar və 1-ci liqanın gümüş medalçısı, 2013-2014 sezonunda 2-ci Liqanın qalibi olmuşdur. Demək olar ki, bütün liqalarda çempion adını qazanmış klub cari sezonda da 1-ci və 2-ci liqalarda çempionluq uğrunda mübarizə aparır. 1-ci liqada 15 turu geridə qoyaraq güclü rəqiblər qarşısında cədvələ başçılıq edir.

 

2-ci liqada isə liderdən 4 xal geridə öz çempionluq mübarizəsini inamla davam etdirir. Qeyd etmək olar ki, klubun 2-liqada çıxış edən oyunçularının bir çoxu klubun U15 və U17 liqalarında oynamış gənc oyunçularıdır. Kiçik maliyyə büdcəsinə baxmayaraq, 2013-2014 sezonunda yüksək Liqada çıxış edərək həmin liqada da müəyyən qədər təcrübə əldə ediblər.

 

Təəsüflər olsun ki, büdcəsi imkan vermədiyi üçün həmin liqada öz çıxışını müvəqqəti olaraq dayandırıb. Hal-hazırda klubda görülən işlərin məqsədi "Baku Fire"nin Yüksək Liqa başda olmaqla, bütün futzal liqalarında çıxış etməsi və ölkə futboluna xidmət göstərməsidi. Klub, əlbəttə, öz ənənəsinə sadiq qalaraq ictimai işlərdə, xeyriyyə tədbirlərində öz fəaliyyətini davam etdirməyi də klub nəzərdə tutur.

Tarix: 4 Yanvar 16:12    Oxunub: 185    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Fevral 2017
25 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.